00:00:00
Yazar
Admin User
26.09.2025 18:11 101 2 dəq oxuma
Siyasət

“ Tramp Rusiya ilə danışıqlar aparılmalıdır”

“ Tramp Rusiya ilə danışıqlar aparılmalıdır”

"Ukrayna öz ilkin sərhədləri daxilində bütün ərazilərini geri almaq üçün hər cür şansa malikdir. Rusiya əsl hərbi güc olsaydı... ",- deyə Tramp açıqlayıb.

 

Mövzu ilə bağlı Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp ikinci dönəm üçün hakimiyyətə gələndən sonra konkret olaraq bu ilin yanvar ayındakı andiçmə mərasimindən sonra bu tipli açıqlamalar tez-tez verir:


“Hətta onun açıqlamalarından bir çoxu dünya mediasında gülüş obyektinə çevrilir. Çünki bir-birinə hədsiz dərəcədə zidd olan təzadlı fikirlər tez-tez söyləyir. Düşünürəm ki, bu fikir, yəni BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər də “bu qəbilədəndir”. Halbuki son altı ayda dəfələrlə onun Rusiyanın gücü barədə yeni səsləndirdiyi fikirlərin şahidi olduq. Hətta Ukraynanı bir ara sülhə belə hazırlayıb. Lakin buna nail ola bilməyib. Hazırda Trampın Amerikada hakimiyyətdə olması Azərbaycana tam sərf edir və düşünürəm ki, yəni onun hansı açıqlama verməsi Ukrayna üzərindən yaxşı, Rusiya üzərindən bizim üçün heç bir əhəmiyyəti yoxdur. Tramp Rusiya ilə danışıqlar aparılmalıdır. Ukranyanın öz ərazilərini geri qaytarmaq şanslarını yəni real saymağına gəlincə bu da topiyadan başqa bir şey deyil. Bunun da əksi olan fikirlərinin səslənməsinin az şahidi olmadıq. Hətta səhv etmirəmsə, bir müddət öncə Ukraynanın ərazilərini geri qaytara bilməyəcəyi yönündə üstüörtülü mesajlar da verib. Ağ Evin sahibinin Ukraynanın bu ərazilərini geri qaytarmaq şanslarınının real olduğunu düşünmürəm. Ukrayna üçün əsas uduş ola bilər ki, hazırda cəbhədə durduğu yerdə dursun. Rusiyada yeni olduğu yerdə və belə bir sülh müqaviləsi imzalansın. Fikrimcə ki, Ukraynaya yeni ərazilər itirəcək. Doğrudur, biz tez-tez Ukraynanın bir sıra əraziləri azad etdiyini şahidi oluruq. Amma ərazilərini də itirdiyinin şahidi olmaqdayıq. Bir müddət öncə Amerikanın Ukraynaya hərbi yardımı azaldacağı fikirlərə də rast gəldik. ABŞ-nin mövcud siyasətinin Ukraynanın hədəfə çatmasında hansı rolu oynaya biləcəyinə gəlincə, heç bir rol oynamayacaq. Çünki Amerika Ukraynaya tam olaraq gözlədiyi dəstəyi vermir. Doğrudur, kollektiv Qərbin içərisində Amerika ən çox Ukraynaya yardım göstərən dövlətdir. Amma unutmayın ki, super gücdür və bunu göstərməlidir. Amma faiz nisbətinə gələndə isə bir o qədər də Amerikanın dəstəyi Ukraynanın qalib gəlməsi üçün yetərli deyil”.


Nurgül Yusifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər