Tramp Rusiya ilə iqtisadi müharibəyə hazır olduğunu bildirib
ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həll olunmayacağı təqdirdə Rusiya ilə iqtisadi müharibəyə hazır olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu müharibə indiyə kimi aparılır, Qərbdən Rusiyaya qarşı təzyiq müşahidə olunurdu:
“Rusiyaya qarşı sanksiya siyəsəti aparılır ki, burada da enerji sektoru və bank sektoru daha çox təzyiqlərə məruz qalır. Nəzərə alsaq ki, Rusiyanın enerji sektoru hazırda gərgin vəziyyətdədir. Həmçinin bank sektorunda da ciddi təlatümlər hökm sürür. Bütün bunlar da imkan verir ki, Qərb Rusiyaya təzyiq göstərsin. Rusiya Mərkəzi Bankının rəhbərliyi Kremli bu barədə xəbərdarlıq edib ki, artıq bank sistemində müəyyən böhranlar yaranıb. Rusiyanın aparıcı bankları ciddi şəkildə maliyyə çatışmamazlığından əziyyət çəkir ki, bu da dövlət büdcəsindən dövlət şirkətlərinə ayrılan vəsaitin həcminin azalmasına səbəb olur.
Dəfələrlə faiz göstəricilərinin oynadılması Rusiyanın Mərkəzi Bankı tərəfindən Rusiyanın səhm bazarında baş verən dəyişikliklər Rusiyanın iqtisadiyyatına ciddi şəkildə təsir göstərir.
ABŞ ilə bərabər Rusiyaya sanksiya tətbiq edən digər Qərb ölkələrinin Rusiya üzərində təsirinin göstəricisidir. Bütün bunlar çox güclü olarsa Rusiya sülh masasında otura bilər. Rusiya çox geniş ehtiyatlara malik olan böyük ölkədir. Onun özünü müəyyən dərəcədə təmin etməsi də mümkündür. Çin və İran kimi ölkələr Rusiyaya sanksiyaları yarmağa kömək edirlər ki, bu da Moskvanın “əl-qolunu” açır. ABŞ və Qərb ölkələri elə hərəkət etməlidirlər ki, bu cüt sanksiyalar Rusiyanı sülh masasına oturtsun”.
Çimnaz Telmanqızı