00:00:00
Yazar
Admin User
08.09.2025 18:19 126 2 dəq oxuma
Siyasət

Tramp:Rusiya-Ukrayna müharibəsini bitirəcəyəm

Tramp:Rusiya-Ukrayna müharibəsini bitirəcəyəm

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə danışacaq. ABŞ prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin həllini vəd edib.


Məsələ ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, şübhəsiz ki, ölkələr arasında müharibələr əbədi olmur, münaqişələr də bir gün bitir:


"Prinsip etibarı ilə biz bunun ən gözəl nümunəsini bəlkə də hal hazırda Ermənistan-Azərbaycan münaqişəsində görürük. Tərəflər faktiki olaraq artıq sülh prosesinə qədəm qoyub və uzlaşma yolları axtarılır və tapılırda. Problemlər tədricən həll edilir. Əlbəttə, indi Ukrayna-Rusiya münaqişəsi bir az fərqlidir və burada konkret işğal faktı da var. Yəni düzdür, Ermənistanda da var idi, amma qarşıdakı ölkə Rusiyadır. Amerika Birləşmiş Ştatları, təbii ki, münaqişənin bitməsini istəyir. Tramp xüsusilə bu məsələdə aktiv mövqe ilə çıxış edir və əslində tərəflərə çox unikal eyni zamanda qəbul edilməsi mümkün təkliflər də verilib. Ayrı ayrılıqda liderlərlə görüşülüb, təmaslar yenə davam edir. Hesab edirəm ki, nəhayətində bu prosesin məntiqi yekununa gətirib çıxaracaqdır. Əks təqdirdə Amerika hər iki tərəfə ciddi sanksiyalar tətbiq edə bilər. Burada Amerikanın dəyişən maraqları, Çinlə münasibətləri və şübhəsiz ki, münaqişənin hədsiz uzanması, Qərb yardımlarının da nəticəsizliyi var".


Ekspertin sözlərinə görə, Tramp bunun qarşısını almaq üçün müharibəni bitirmək istəyir və hesab edirəm ki, buna nail ola biləcəkdir:


"Əlbəttə, Tramp indiki məqamda Nobel sülh mükafatı qazanmaq istəyir və hakimiyyətinin sonuna qədər maksimum dərəcə münaqişələri bitirərək Amerika tarixinə iz qoymaq istəyir. Bunun ən yaxşı halda Azərbaycan Ermənistan münaqişəsini bitirərək edəcəkdir. Rusiya-Ukrayna müharibəsini bitirmək üçün əlindən gələni edir. Belə deyə bilərik ki, bunu faktiki olaraq Trampa qədər heç kəs etmədi, amma Tramp bunu etməyə çalışır. Bu onun şəxsi özünə bağlıdırmı? Xeyr, böyük ehtimalla Amerika siyasətinə bağlıdır. Amma hər halda, Tramp əlindən gələni edir və inanıram ki, nəticəsi də olacaqdır".


"O, Rusiya-Ukrayna müharibəsini bitirəcək. Bunun da böyük ehtimalla iki variantda olacaq: birincisi, Azərbaycanla Ermənistanda olduğu kimi 90-cı illərdəki atəşkəs sazişi, yəni faktiki işğalın qəbul edilməsi, defakto qəbul edilməsi və atəşkəsin əldə edilməsi münaqişənin gələcəyə buraxılması və yaxud da ki, Finlandiya modeli kimi işğal olunmuş ərazilərin güzəştli hesabına sülh müqaviləsi imzalanacaqdır və daha sonra Ukrayna NATO və Avropa İttifaqına üzv ola biləcəkdir".


Aydan Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər