Tramp Rusiyadan neft aldığına görə Hindistanı hədələyib
ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığına görə Hindistan üçün tarifləri əhəmiyyətli dərəcədə artıracağını bildirib.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
"Hindistan nəinki xeyli miqdarda Rusiya nefti alır, həm də əldə etdiyi neftin böyük hissəsini açıq bazarda yüksək qazancla satır", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, Ukraynada Rusiyanın hərbi maşını ucbatından nə qədər insanın həlak olması onları maraqlandırmır:
"Buna görə mən Hindistanın ABŞ-yə ödədiyi tarifləri əhəmiyyətli dərəcədə qaldıracağam".