00:00:00
Yazar
Admin User
01.10.2025 17:40 102 2 dəq oxuma
Siyasət

Tramp Rusiyanı yenə "kağız pələng" adlandırıb

Tramp Rusiyanı yenə "kağız pələng" adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı çıxışında növbəti dəfə “kağız pələng” ifadəsini işlədib, Ağ Ev rəhbəri ordu rəhbərliyi ilə görüşündə bu barədə deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Prezident Tramp burada Rusiyanın Ukrayna cəbhəsindəki vəziyyəti ilə bağlı belə bir ifadə işlətdi:

 

"Çünki fakt odur ki, Rusiya vaxtilə Ukraynanı bir həftəyə işğal edə biləcəyini deyirdi. Amma artıq dörd ildir müharibə davam edir, ortada real nəticə yoxdur və Rusiyanın xüsusi üstünlüyü də görünmür. Ukraynada cəbhə demək olar ki, gah Rusiyanın, gah da Ukraynanın xeyrinə dəyişir. Buna görə də Tramp Rusiyanın real hərbi gücünü şübhə altına alır. Eyni zamanda bunu siyasi təzyiq vasitəsi kimi istifadə edir və Rusiyanı Ukraynada atəşkəsə razı salmağa çalışır. Rusiya tərəfi buna etiraz etdikcə və yaxınlaşmadıqca, Tramp təzyiqi daha da artırır – həm sərt ifadələr işlədir, həm də iqtisadi məhdudiyyətlər qoyur.Məsələn, artıq Türkiyə Rusiyanın neft və qazını almamağı tələb edib. Hindistan əlavə tariflər tətbiq edib, Çin yeni tariflərlə hədələyib, Avropa ölkələri isə Rusiyadan enerji asılılığını dayandırmağa çağırır. Yəni məqsəd Rusiyanı maliyyə mənbələrindən kəsməkdir. Digər tərəfdən, Tramp Ukraynaya daha uzaqmənzilli raketlər verilə biləcəyini və onların Rusiyanın bəzi regionlarına qarşı istifadə edilməsinə icazə veriləcəyini də bildirib. Bununla da Rusiyanı sıxışdırıb atəşkəsə məcbur etmək niyyətindədir. Təbii ki, bütün bunlar Rusiyanın beynəlxalq imicinə mənfi təsir göstərir. Çünki Rusiya ən azından ABŞ ilə Baydenlə tam anlaşa bilməsə də, Tramp ilə müəyyən dərəcədə dil tapa biləcəyi təsəvvürünü formalaşdırmışdı. İndi isə Trampın sərt çıxışları və tənqidləri Rusiyanı beynəlxalq arenada açıq hədəfə çevirir. Üstəlik, Ukraynada müharibənin hələ də nəticə verməməsi bu imici daha da zəiflədir".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər