Tramp Si Cinpin ilə görüşünü məhsuldar adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pusanda (Koreya Respublikası) Çin Sədri Si Cinpin ilə keçirilən görüşü məhsuldar adlandırıb.
"İnformator.az" xəbər verir , bu barədə ABŞ lideri təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, görüşdə çox sayda mühüm qərarlar qəbul edilib.
"Görüş əla keçdi, o çox güclü bir ölkənin böyük lideridir. Bir çox vacib qərarlar qəbul edildi", - D.Tramp əlavə edib.
O, sammiti 1-dən 10-a qədər olan şkalada "12 bal" ilə qiymətləndirib.
ABŞ Prezidenti vurğulayıb ki, daha əvvəl Çinə qarşı tətbiq edilmiş rüsumları 10 % azaldır, indi onlar 47 % təşkil edir.
Tərəflər, həmçinin Ukraynada müharibənin başa çatdırılması istiqamətində səyləri birləşdirməyə razılaşıblar.