Tramp texnologiya liderləri ilə görüşüb, Mask qatılmayıb
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə axşam yeməyi təşkil edib. Tesla və SpaceX-in sahibi İlon Maskın tədbirə qatılmaması diqqət çəkib.
Tramp çıxışında süni intellektə qoyulan sərmayələri yüksək qiymətləndirərək, ABŞ-nin bu sahədə Çini qabaqladığını bildirib. Şirkət rəhbərləri isə texnologiya sektoruna dəstəyə görə Trampa təşəkkür edib, yeni sərmayələrini açıqlayıblar.
Əvvəlcə mətbuata qapalı elan olunan görüş axşam yeməyindən az əvvəl jurnalistlər üçün açılıb.
TRT XƏBƏR
Ləman Mahmudlu