Tramp: Tezliklə Qəzza ilə bağlı razılaşma əldə edəcəyik
Tramp jurnalistlərə açıqlqmasında bildirib:
“HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”.
Bu mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a olan açıqlamasında bildirib ki,Tramp sülh mükafatına namizəd olduğu üçün bir çox münaqişələrlə bağlı fikirlər səsləndirdiyi kimi Qəzza ilə bağlı da fikirlər səsləndirib:
“Bildiyimiz kimi,Tramp “Nobel” sülh mükafatına namizəddir.Onun üçün də,o,dünyanın bir çox müxtəlif yerlərində baş verən münaqişələri “guya yatırdacam” yönündə fəaliyyətdədir.Nobel sülh mükafatı bilirsiniz ki,sülhpərvər insanlara daha çox verilir.Trampda günlər öncə qeyd etdi ki,indiyə qədər birinci Prezidentliyi dövründə ümumi olaraq 7 münaqişəni həll edib.Açığı o 7 münaqişənin nədən ibarət olduğu da biraz suallar doğurdu.İndi isə Qəzza ilə bağlı fikirlər səsləndirir.
Təəssüflər olsun ki, son günlərdə Qəzzada ciddi şəkildə insan faciəsi yenidən baş qaldırıb.Son olaraq 80-ə yaxın insan həyatını itirib.Və bütün bunların fonunda da Tramp bu cür danışır.Amma mən bir etiraf edim ki,Qəzzada bu faciəni yatırda biləcək yeganə bir ölkə varsa da,o da ABŞ-dir.Amma bu münaqişənin də bu cür baş verməsində elə ən böyük günahkar sahibi də ABŞ-dir.Bilirsiniz ki,İsrail ABŞ-nin dırnaq arası şillə vuranı sayılır.Bir növ İsrail cırtdan ölkədir və təkbaşına bu cür savaşı uzun illər apara bilməz.Onun üçün də Amerika bir başa bu proseslərin arxasında dayanır.Və orada bir razılaşma əldə oluna bilər,amma bu razılaşma müvəqqəti olacaq.İndiyənə qədər necə olubsa,onun davamı olacaq.Bir sözlə,Amerika orda savaşın bitməsini arzulamır,bunun daim qalmasını arzulayır.Birdə ki, keçmiş Dağlıq Qarabağ məsələsində əksər ölkələrdən biri kimi 30 ilə yaxın müddətdə ciddi fəaliyyət göstərmədi".
Həmçinin politoloq Türkiyənin Qəzzada olan münaqişənin bitməsində yeganə istəkli ölkə olduğunu bildirib:
"Bunun üçün “Amerikanın fəaliyyəti necə təsir edəcək?” “Ölkə dövlətlərini münaqişədə necə aktiv olmağa cəlb edəcək?” kimi suallara gəlincə isə hesab edirəm ki,Qəzza faciəsində yeganə ürəkdən bu hadisənin qarşısını almağa maraqlı olan ölkə qardaş Türkiyədir.O da bir məsəl var ki,”Tək əldən səs çıxmaz”.Yəni,Türkiyə də təkdir.Beynəlxalq aləm güc olub bu münaqişənin,bu savaşın bitməsində maraqlı olmalıdır,təəssüf ki, beynəlxalq aləm Amerikanın qütbəsi ilə oturub durur.Onun üçün də onlar da bu savaşın bitməsində maraqlı görmürlər.Ümumiyyətlə Yaxın Şərqdə baş verən münaqişələrin bitməsində maraqlı görmürlər.Çünkü bilirlər ki,bununla onlar həmin yerlərdəki təhsil dairələrindən əl çəkməyə məcbur olacaqlar,ya da təhsil dairələri həmin regionda zəifləyəcək.
Qəzza ilə bağlı mümkün razılaşma,yəni sülh məsələsinə gəlincə orada hər iki tərəfin bir-birinə qarşı həm ərazi iddiaları var,həm də bir-birini qəbullanmaması var.Bütün bunların fonunda orada,yəni bir dəfəlik sülh sazişinin atəşkəsinin əldə olunmasının yeganə bir rolu var,o da tərəflərin bu iddialardan əl çəkməsidir.İsrailin bu iddialardan əl çəkəcəyi real görünmür.Onun üçün hesab edirəm ki,hələ ki,yaxın gələcək üçün Qəzzada sülh perspektivləri görünmür”.

Həbibə Xankişiyeva