00:00:00
Yazar
Admin User
18.06.2025 16:16 121 1 dəq oxuma
Dünya

Tramp TikTok satışı üçün müddəti yenə uzadıb

Tramp TikTok satışı üçün müddəti yenə uzadıb

ABŞ Prezidenti Donald Tramp TikTok-un ABŞ-dakı fəaliyyətinin satışı üçün verilmiş müddəti üçüncü dəfə uzadacaq. Ağ Evdən verilən məlumata görə, yeni qərara əsasən, ByteDance şirkətinə satış prosesini yekunlaşdırmaq üçün əlavə 90 gün vaxt veriləcək.

 

Əvvəlki qərara əsasən, əgər TikTok yanvarın 19-dək ABŞ-dakı aktivlərini satmasa və ya bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etməsə, fəaliyyəti dayandırılmalı idi. Lakin Tramp yanvarın 20-də ikinci prezidentlik müddətinə başlasa da, bu tədbirin icrasını təxirə salıb və daha sonra əvvəlcə aprelə, ardınca isə iyunun 19-na qədər iki dəfə müddət uzadıb. Yeni qərarla bu tarix sentyabr ayının ortalarına qədər uzadılıb.

 

Mart ayında Tramp Çin mallarına tətbiq olunan tariflərin azaldılması müqabilində TikTok-un ABŞ-dəki əməliyyatları ilə bağlı razılaşmaya açıq olduğunu bildirib. Yaz aylarında aparılan danışıqlar TikTok-un ABŞ-də yeni yaradılacaq və amerikalı sərmayədarların çoxluq payına sahib olacağı bir şirkətə çevrilməsi üzərində cəmlənib.

 

ANEWZ

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər