Tramp üçün vacib olan müharibənin necə bitdiyi deyil
ABŞ administrasiyasındakı yüksək çinli məmur bildirib ki, Tramp üçün Ukraynadakı müharibənin tez başa çatması prioritetdir və bunun necə baş verməsi önəmli deyil. O, diplomatik səylərin nəticəsiz qalmasından, Zelenski və Avropadan məyusluğunu ifadə edib. Tramp hesab edir ki, müharibənin bitməsi üçün Ukrayna ərazisinin bir hissəsini itirməlidir. Bundan başqa, bəzi ABŞ siyasətçilərinin Rusiyaya qarşı sanksiya tələbləri də onun narazılığını artırıb.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın mövqeyi ABŞ-nin geosiyasi maraqlarını və sülh və sabitlik vədlərini əks etdirir:
“Tramp seçkiqabağı dövrdən bu günə qədər regional və qlobal sabitlik, atəşkəs və münaqişələrin həlli barədə aydın mövqe nümayiş etdirib. Bu istiqamətdə ola biləcək hər hansısa bir güzəştlərin ifadə olunması da onu göstərir ki, regionla bağlı geosiyasi maraqları, eyni zamanda Amerikanın qlobal sistemin ən əsas faktoru olması ilə bağlı nümayiş etdirməyə çalışdığı mövqe bir çox istiqamətdə Ukraynanın ərazi itkilərinə şərait yarada bilər. Danışıqlar prosesinin ilk günündən bu günə qədər həm Zelinskiyə münasibətdə bu, aydın şəkildə ifadə olunub. Rusiya-Ukrayna müharibəsi elə bir mərhələdədir ki, Rusiya təsir və təzyiq vasitələrindən daha çox Ukraynanın güzəştə getməsi istiqamətində Amerika tərəfindən addımların atıldığını biz müşahidə olunur. Zelinski və Avropa İttifaqı ilə bağlı səsləndirilən fikirlər də məhz bu konsepsiya dəyərləndirilməlidir. Çünki Tramp və Putin görüşü nəticəsində real bir razılığın əldə olunmaması, ya da hər hansı bir formada razılıq əldə olunubsa, bunun Zelinski və Avropaya qəbul etdirilə bilməməsi, indiki məqamda Rusiya-Ukrayna müharibəsi ilə bağlı Trampın verdiyi hər hansı vədlərin uğurlu olmasının qarşısında dayanan Tramp Adminsasiyasına görə əsas maneələrdən biridir. Ona görə də daha çox Zelinskiyə təsir və təzyiq vasitələrindən istifadə edərək ərazi güzəştləri ilə Ukrayna xalqını araşdırmağa çalışırlar. Təəssüf ki, masada heç vaxt Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası müzakirə olunmayıb. Sadəcə müharibənin real nəticələrinin Ukraynanı dəstəkləyən tərəflər üçün minimuma endirilərək atəşkəsin əldə olunması istiqamətində dəyərləndirilir. Bu da təbii ki, Rusiyanın mövqeyini gücləndirən amillərdən biridir”.
Nərgiz Əzizli