Tramp Ukraynanın istədiyi PUA-ların ixracına qoyulan məhdudiyyətləri ləğv edə bilər
ABŞ prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. Bu isə xüsusilə də “MQ-9 Reaper” kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.
Mövzü ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp ümumiyyətlə Ukraynaya qarşı silah təminatını yaxşılaşdıracaq:
“ Çünki bu Rusiyanın mövqeyi ilə bağlıdır. Rusiya Trampın istədiyi mövqeyə gəlmədiyi üçün və Pekində keçirilən Şanxay Əməktaşlıq Təşkilatında (ŞƏT) zirvəsində Çinlə birgə qərbə doğru güc nümayiş etdirdiyi üçün bu ABŞ-nın qəzəbinə səbəb olub. Böyük ehtimalla ABŞ-nın bu siyasəti fərqli yöndə dəyişəcək. Ukraynaya qarşı olan siyasətini dəyişəcək. PUA-ların ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması , həmçinin digər silahların da Ukraynaya çatdırılmasına kömək edə bilər və bu müddətdə ABŞ daha yüksək səviyyədə Ukraynanı silahlandıra bilər".
Politoloqun sözlərinə görə, Ukraynaya verilməyən ABŞ-nın əlində olan daha güclü silahların da Ukraynaya verilməsini yaxın gələcəkdə şahidi olacağıq:
“ Paralel şəkildə Avropa birliyi ölkələrinində Ukraynaya silah təminatını gücləndirəcəyinin şahidi olacağıq və Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya paketi də həmçinin buna paralel şəkildə nəzərdə tutulub və bu da payızda Ukrayna cəbhəsində döyüşlərin daha da şiddətlənəcəyini göstərir. Çünki Rusiya da hücum əməliyyatlarına hazırlaşır və məhz Rusiyanın sülhdən kənar durmasının əsas səbəbi yaxın gələcəkdə hücum əməliyyatlarına hazırlaşmasıdır. Məsələn: payızda böyük hücum əməliyyatları gözlənir. Əsasən Donbas istiqamətində, çünki Donbasda mühüm şəhərlər hələki Rusiyanın nəzarəti altına keçməyib. Putinin niyyəti həmin şəhərləri ələ keçirərək “ Yeni Rusiya “ adı altında Ukraynanın şərq bölgəsini ilhaq etməkdir. Artıq bundan sonra Rusiya tərəfi çalışacaq ki, Ukraynaya kapitulyasiya imzalasın. Qərb isə bunun olmağına icazə verməyəcək və ABŞ Ukraynaya silah tədarükünü gücləndirməsi, PUA-lara və digər silahlara qoyulan məhdudiyyətləri ləğv etməsi daha mütəşəkkir silahlar Ukraynaya verməsi də Ukraynanın cəbhədəki uğurlarının sayının artırılmasına kömək edəcək ki, bu da Rusiyanın daha geniş həcimli müharibə aparmağa təhrik edir”.
Mələk Hüseynova