00:00:00
Yazar
Admin User
03.09.2025 15:08 66 1 dəq oxuma
Dünya

Tramp və ABŞ müdafiə naziri qanunu pozmaqda ittiham olunub

Tramp və ABŞ müdafiə naziri qanunu pozmaqda ittiham olunub

 

ABŞ-də federal hakim Prezident Donald Tramp və müdafiə naziri Pit Hegsethin qanunu pozduğuna dair qərar verib.

 

Hakim Çarlz Breyerin qərarına görə, Tramp minlərlə Kaliforniya Milli Qvardiyası üzvü və ABŞ dəniz piyadalarını federal agentlərin mühafizəsi üçün Los-Ancelesdə keçirilən sərt immiqrasiya əməliyyatı zamanı istifadəyə cəlb edib. Bu addım isə Posse Comitatus Act – ordunun daxili hüquq-mühafizə məqsədləri üçün istifadəsini qadağan edən XIX əsr qanununa ziddir.

 

Məhkəmədə təqdim edilən sübutlara əsasən, hərbçilər qoruyucu zirehlərlə kimliklərini gizlədərək küçələrdə blokadalar qurub, kütləyə nəzarət edib və Los-Anceles ətrafında güclü hərbi mövcudluq nümayiş etdiriblər.

 

Hakim qeyd edib ki, bu fəaliyyətlər açıq şəkildə Posse Comitatus qanununun pozulmasıdır.

 

CNN 

Nərmin Aslanzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər