Tramp Venesuela gəmisinə zərbə endirdiyini elan edib
ABŞ Karib hövzəsinin cənubunda Venesueladan çıxmış bir gəmiyə hücum həyata keçirib. Donald Tramp əməliyyatın keçirildiyini təsdiqləyib, Marko Rubio isə həmin gəminin “narkoterrorçu təşkilat”la bağlı olduğunu bildirib.
Prezident Donald Tramp çərşənbə axşamı açıqlamasında bildirib ki, ABŞ Karibin cənubunda Venesueladan çıxan narkotik daşıyan gəmiyə reyd edib. O, əməliyyat barədə az detal verib.
“Otaqdan çıxanda görəcəksiniz ki, cəmi bir neçə dəqiqə əvvəl, sözün əsl mənasında bir neçə dəqiqə əvvəl narkotik daşıyan gəmiyə atəş açdıq”, – deyə Tramp Oval kabinetdə başqa bir tədbir zamanı jurnalistlərə bildirib. O əlavə edib ki, gəmidə “çoxlu narkotik” olub.
Euronews
Fatimə Heydərova