00:00:00
Yazar
Admin User
05.09.2025 13:55 100 2 dəq oxuma
Siyasət

“ Tramp yenə dünya ilə oynayır”

“ Tramp yenə dünya ilə oynayır”

Mən yeddi müharibə bitirmişəm. İndi isə ən asan ola biləcək müharibəni... Bilirsiniz o hissi? Bir şeyi asan sanırsan, amma sonra görürsən ki, bir qədər çətindir... Bax, məhz Ukrayna-Rusiya müharibəsini ən asanlardan hesab edirdim - Putinlə, Ukrayna ilə münasibətlərimə və digər amillərə görə”, - Tramp bildirib.

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az“a açıqlamasında bildirib ki, Tramp yenə dünya ilə oynayır:


“Necə yəni asan müharibə olduğunu zənn edirdim? Savaş 4 ilə yaxınlaşır və miqyası ortadadır. Hələ bu savaşın təməli 2014-cü ildə qoyulub və o dönəmdən sonra Tramp 4 illik prezidentlik dönəmi də yaşayıb. İndiyə qədər bir neçə dəfə Tramp Putinlə telefonla danışıb, bir kərə də Alyaskada görüşüb. Nəticə nə olub? Heçnə. Doğrudur, iki prezident arasında münasibətlər daim yaxın olub. Amma bu Ukrayna cəbhəsində Putinin güzəştə getməsinə yol açmayıb. Əksinə Putin bu danışıqlar və görüşdən sonra daha qətiyyətli görünür. Hesab edirəm ki, bu savaş bitəcəksə, bunu Tramp bitirməyəcək. Tərəflər artıq masa ətrafına əyləşmək istəyəcəklər. Tramp sadəcə sülh olmasına can atan bir prezident kimi tarixə düşəcək. Ağ Ev sahibinin artıq aşağı-yuxarı bu savaşla bağlı mövqeyi Ukrayna hökumətinə və cəmiyyətinə aiddir. Açığı heç nə gözləmirlər. Bu baxımdan düşünürəm ki, Trampın bu açıqlamaları elə də ciddi effekt verməyəcək. Sadəcə Avropa ölkələri savaşın gec bitməsində maraqlı görünürlər. Bunun üçün müəyyən cəhdlər də edirlər. Zelenski ilə keçirilən son görüş də bunu göstərdi. Bir sözlə sonuncu Paris görüşü də nəticəsiz qaldı. Amma istənilən halda bu savaş hələ bir müddət də davam edəcək”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər