00:00:00
Yazar
Admin User
10.09.2025 10:33 89 1 dəq oxuma
Dünya

Tramp “zamanımızın Hitler”i şüarları ilə qarşılanıb

Tramp “zamanımızın Hitler”i şüarları ilə qarşılanıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yerləşən dəniz məhsulları restoranına gələn zaman Fələstin tərəfdarlarının etiraz aksiyası ilə üzləşib. Etirazçılar onu “Zamanımızın Hitler”i adlandırıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.

 

Bildirlir ki, hadisə Ağ Ev yaxınlığında baş verib. Tramp limuzindən düşərkən fələstinli aktivistlərin və federal cinayətkarlığa qarşı tədbirlərin əleyhdarlarının etiraz səsləri yüksəlib. Prezident isə jurnalistlərə açıqlamasında Vaşinqtonun əvvəlki illərlə müqayisədə indi daha təhlükəsiz olduğunu bildirib. Tramp restorana daxil olaraq ziyarətçilərlə salamlaşdığı vaxt etirazçılar Fələstin bayraqları qaldıraraq, “Vaşinqtona azadlıq! Fələstinə azadlıq! Tramp – zamanımızın Hitleridir!” şüarlarını səsləndiriblər.Məlumata görə, həmin axşam yeməkdə Trampın yanında vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbəri Syuzi Uaylz da olub. Etirazçılar isə qısa müddət sonra restoranın qarşısından uzaqlaşdırılıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər