00:00:00
Yazar
Admin User
16.08.2025 08:24 76 1 dəq oxuma
Dünya

Tramp Zelenskiyə və AB liderlərinə zəng edib

Tramp Zelenskiyə və AB liderlərinə zəng edib

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

 

Trampın Putinlə görüşdən sonra Vaşinqtona dönərkən təyyarədə ikən Zelenskiyə zəng etdiyi bildirilir. ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır. Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib. Məlumata görə, o, NATO-nun Baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıb. Avropa Komissiyasında bildiriblər ki, telefon danışığında Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya Prezidenti Aleksandr Stubb və Polşa Prezidenti Karol Navrotski də iştirak edib. Tramp avropalı liderləri Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə məlumatlandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər