Trampdan Çinə “əlavə 50% gömrük rüsumu” təhdidi
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Çin qarşılıqlı tariflərə cavab olaraq tətbiq etdiyi 34%-lik gömrük vergisini geri çəkməsə, bu ölkəyə 50% əlavə gömrük vergisi tətbiq olunacaq. Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
ABŞ-yə qarşı cavab tədbirləri görən istənilən ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyi barədə xəbərdarlığını xatırladan Tramp, Çinin ABŞ-a qarşı "uzunmüddətli istismarının" üstündən əlavə tariflər tətbiq etdiyini bildirib. Tramp qeyd edib ki, Çin artıq “rekord səviyyədə” olan gömrük tariflərinə, qeyri-maliyyə tariflərinə, şirkətlərin subsidiyalaşdırılmasına və uzunmüddətli valyuta manipulyasiyalarına əlavə olaraq 34%-lik misliyyə tarifləri elan edib və əlavə edib:
“Əgər Çin, uzun müddətdir davam edən ticarət pozuntularına qarşı tətbiq etdiyi bu 34%-lik tarif artımını sabaha qədər geri çəkməzsə, ABŞ 9 Apreldən etibarən Çinə qarşı 50% əlavə gömrük vergisi tətbiq edəcək. Bundan əlavə, Çinlə onların tələb etdiyi danışıqlar da tamamilə dayandırılacaq".
Tramp onu da bildirib ki, danışıqlar aparmaq istəyən digər ölkələrlə müzakirələr dərhal başlayacaq.
Billurə Quliyeva