Trampdan Karniyə təklif
ABŞ Prezidenti Donald Tramp yenidən Kanadanın ABŞ-nin tərkibinə daxil olması mövzusuna toxunub.
Mövzu ilə bağlı sabiq Millət Vəkili Yusif Bağırzadə “İnformator.az” a açıqlamasında bildirib ki, “Kanada ABŞ-nin ticarət dövriyyəsinə görə ikinci böyük partnyorudur, əlbəttə ki, bu iki dövlət arasında böyük həcmdə ticarət mübadiləsi və siyasi platformalarda bütünlüklə beynəlxalq münasibətlərdə bir mövqedən çıxış edirlər:
“Cənab Trampın ikinci seçki dönəmindən sonra, yəni ABŞ-nin 47-ci prezidenti olduqdan sonra və Kanadanın yeni seçilmiş Baş Naziri Mak Karnini ilə münasibətlərdə öncədən gərginlik yaşanıb. Sonradan bu münasibətlər normal səviyyəyə qalxıb. Qeyd etmək lazımdır ki, bu günkü gündə ABŞ-nin avtomobil sənayesinin böyük hissəsi Kanada dövlətinin ərazisində yerləşir. ABŞ avtomobil nəhənglərinin müəssisələrinin Kanada da yerləşir. Kanada və ABŞ arasında böyük həcmdə metal alqı-satqısı var. ABŞ Kanadadan böyük həcmdə metal idxal edir. Tramp ikinci seçki dönəmindən sonra iki hədəfi müəyyənləşdirib. Birincisi Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək istədiyini, eyni zamanda Qrellandiyanın da ABŞ-ə ilhaq edilməsi ilə əlaqədar bəyanat verib. İndiki Tramp Mak Karni görüşündə iki dövlət arasında ticarət müqaviləsinin imzalanması ilə bağlı söhbətlər olub. Bu günkü gündə müqavilə ortada yoxdur, müqavilə imzalanmayıb. ABŞ tərəfi Mak Karniyə dəyəri 170 milyard dollar həcmində olan “Qızıl Qübbə”,yəni Hava Hücümündan Müdafiə sistemi ilə birgə qorunması haqqında bu proyektə qoşulmağı təklif edib. Bu iki dövlət arasında bu proyektin icrası ilə əlaqədar cənab Tramp Karniyə belə təklif verib. Mark Karvin ABŞ münasibətlərinin Kanada münasibətlərindən çox yüksək səviyyədə olmasını qeyd edib və bu iki dövlət arasında gediş-gəliş münasibətləri bu günkü gündə 25% qədər azalıb. Böyük ehtimalla, cənab Trampın istəyidir ki, Kanada ABŞ-nin 51-ci ştatı olacaq, bu birmənalıdır”.
Həmçinin Yusif Bağırzadə bildirib ki, Kanada vətəndaşları əlbəttəki, Kanadanı ABŞ-nin 51-ci ştatı kimi görmək istəmirlər:
“Orada həyat səviyyəsi ABŞ-dan yüksəkdir. Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır, ya da ki, ABŞ öz müəssələrini Kanadadan geri çəkəcəkdir. Bununla da orada iş yerləri ləğv olunacaqdır, Kanada vətəndaşları pis vəziyyətə düşəcəkdir. Ticarət müqaviləsidə hələki imzalanmayıbdır. O şərtləri Kanada qəbul etməsə, əlbəttəki, Kanada dövlətini çox ağır vəziyyət yaranacaqdır. Təhlükəsizlik məsələsini də bura əlavə etsək, cənab Tramp “Qızıl Qübbə” proyekti təklif edib, böyük ehtimalla Kanada yaxınlarda 3 il ərzində ABŞ-nin 51-ci ştatı olacaqdır. Bunuda yəqin ki, Kanada dövləti referendrum yolu ilə edəcəkdir”.
Səadət Əlizadə
