00:00:00
Yazar
Admin User
27.09.2025 07:44 142 2 dəq oxuma
Siyasət

Trampdan Netanyahunun planına sərhəd

Trampdan Netanyahunun planına sərhəd

İsrailin ilhaq planı məqsədi qoyulduğu andan etibarən, Yaxın Şərqdə ABŞ və digər dövlətlər arasında gərginlik yaranıb. Yaxın Şərq ölkələrinin liderləri İsrailin Qərb sahilini ilhaq planı ilə bağlı narahatlıqlarını bildirərək ABŞ Prezidentinə təzyiq göstəriblər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ramiz Alıyev “İnformator.az”a açıqlamasında bildirib ki, tərəflərin siyasi ritorikasında soyuqluq, bəyanatlarda ziddiyyət və diplomatik gedişlərdə fərqli mövqelərlə özünü göstərə bilər:

 

“ABŞ-İsrail münasibətləri onilliklərdir strateji müttəfiqlik üzərində formalaşıb və xüsusən də təhlükəsizlik, hərbi əməkdaşlıq, iqtisadi və texnoloji tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Donald Trampın ilhaq məsələsində sərgilədiyi mövqe ABŞ-nin İsrailin bütün addımlarını qeyd-şərtsiz dəstəkləmədiyini göstərir. Bu, tərəflər arasında müəyyən fikir ayrılıqlarına yol aça bilər. Netanyahu hökuməti “Qərb sahilinin ilhaqı” planını daxili siyasətdə milli təhlükəsizlik və ideoloji məsələ kimi təqdim edir. ABŞ isə beynəlxalq hüququ, BMT qətnamələrini və regiondakı sabitlik faktorlarını nəzərə almaq məcburiyyətindədir. Münasibətlərdə tam qarşıdurma olmasa da, müəyyən diplomatik gərginliklərin yaşanacağı qaçılmazdır. Bu gərginlik ABŞ-İsrail münasibətlərində strateji səviyyədə çat yaratmasa da münasibətlər pisləşəcək”.


Şərhçi eyni zamanda açıqlamasında bildirib ki, ilhaq planı təkcə fələstinlilərə qarşı deyil, bütövlükdə region dövlətlərinə qarşı addım kimi qəbul edilə bilər:

 

“Yaxın Şərq ölkələrinin ardıcıl şəkildə “qırmızı xətt” ifadəsini işlətməsi təsadüfi deyil. Bu açıqlamalar İsrailə açıq mesajdır
İsrail son illərdə “Əbraham Razılaşmaları” çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və digər ərəb dövlətləri ilə münasibətlərin normallaşdırılması prosesinə başlamışdı. Əgər Qərb sahilinin ilhaqı davam etdirilsə, bu proses ciddi zərbə ala bilər. Belə bir şəraitdə İsrailin təhlükəsizlik strategiyası yalnız hərbi gücə deyil, diplomatik balanslara da əsaslanmağa məcbur olacaq”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər