00:00:00
Yazar
Admin User
06.10.2025 17:05 86 1 dəq oxuma
Dünya

Trampdan Qəzza planı üçün “tez hərəkət etmə” çağırışı

Trampdan Qəzza planı üçün “tez hərəkət etmə” çağırışı

ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibəni bitirməyə çalışan bütün tərəflərə “tez hərəkət etmələri” ilə bağlı çağırış edib. Həmasla İsrail arasında dolayı danışıqların bu gün Misirdə başlaması gözlənilir.

 

Görüşmələr Həmasın ABŞ-nin 20 maddəlik sülh planının bəzi hissələrini qəbul etməsindən sonra başlayacaq. Planın Həmas vasitəsilə qəbul edilən hissəsində israilli girovların azad edilməsi və Qəzzanın idarəçiliyinin fələstinli texnokratlara verilməsi nəzərdə tutulur. Həmas isə digər məsələlər üzrə danışıqlar aparmaq istəyir. Təşkilatın plana verdiyi cavabda silahsızlanma və gələcəkdə Qəzzanın idarəsində iştirak etməmək tələblərindən bəhs olunmur.

 

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər