00:00:00
Yazar
Zəri Bayramlı
17.03.2026 20:28 150 2 dəq oxuma
Siyasət

Trampdan sərt mesaj: NATO kömək etməsə alyansın gələcəyi “çox pis” olacaq

Trampdan sərt mesaj: NATO kömək etməsə alyansın gələcəyi “çox pis” olacaq

ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinə Hörmüz boğazını qorumaqda kömək etmələri üçün təzyiqi artırıb və xəbərdarlıq edib ki, NATO üzvləri Vaşinqtonun yardımına gəlməsələr, alyansın gələcəyi “çox pis” olacaq.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bu müharibə ABŞ, İsrail və İran arasında davam edəcək:

 

“Yeni hərbi blokun yaranma ehtimalı azdır. ABŞ sadəcə beynəlxalq təzyiqi azaltmağa çalışır. NATO-nun İranla müharibəyə qatılması gözlənilmir. Alyans artıq bəyan edib ki, bu savaş onların müharibəsi deyil. Təbii ki, istisna hal yarana bilər və Avropa müharibəyə qoşula bilər. Lakin bu, yalnız daha genişmiqyaslı-faktiki olaraq dünya müharibəsi ssenarisində mümkündür. Belə bir vəziyyət isə ABŞ və İsrailin məğlubiyyəti fonunda baş verə bilər ki, bu da ən aşağı ehtimallardan biridir. NATO-nun hazırda qoşulmaması gələcəkdə onsuz da gərgin olan ABŞ-Avropa münasibətlərinə müəyyən mənfi təsir göstərə bilər. Əslində, ABŞ-nin NATO-nu aktivləşdirmək cəhdlərində məqsədlərdən biri Türkiyəni İrana qarşı mövqeyə təşviq etməkdir. Çünki artıq bəzi raket hücumları qeydə alınıb və NATO tərəfindən zərərsizləşdirilib. İran və Qərb arasında münasibətlər onsuz da gərgindir. Avropanın bu müharibəyə qoşulmaq istəməməsi isə İrandan çəkinməsi ilə bağlı deyil. Əlavə dövlətlərin birbaşa münaqişəyə qoşulması ehtimalı ümumilikdə aşağı olaraq qalır. Eyni zamanda, NATO daxilində Donald Tramp faktorunun ciddi problem yaradacağı ehtimalı da yüksək qiymətləndirilmir. Əsas səbəb ondan ibarətdir ki, müharibənin coğrafiyasının genişlənməsi hazırda Avropa üçün əlverişli deyil. Çünki qitə hələ də Rusiya-Ukrayna müharibəsinin təsirlərindən tam çıxmayıb”.


Zəri Bayramlı
 

#Tramp #ABŞ #NATO #alyans #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər