Trampı dəstəkləyən mühafizəkar öldürülüb
ABŞ-nin ən tanınmış mühafizəkar fəallarından biri və Prezident Donald Trampın yaxın müttəfiqi Çarli Kirk Utah Valley Universitetində çıxışı zamanı güllələnərək öldürülüb.
31 yaşlı Kirk yaxın məsafədən boyun nahiyəsindən güllə yarası alıb. O, şəxsi mühafizəsi tərəfindən xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib. Hücum edən şəxs hələ də axtarılır. FTB direktoru Kaş Patel hadisə ilə bağlı saxlanılan şübhəlinin hücumda iştirakının olmadığı müəyyən edildikdən sonra sərbəst buraxıldığını bildirib.
BBC
Həbibə Xankişiyeva