Trampın adının keçdiyi yeni Epşteyn məktubları barədə bildiklərimiz
ABŞ qanunvericiləri, biabırçı maliyyəçi və məhkum olunmuş seksual cinayətkar Ceffri Epşteynin mirasından 20 mindən çox sənədi açıqlayıblar. Bu sənədlərin bəzilərində ABŞ Prezidenti Donald Trampın da adı keçir.
Çərşənbə günü səhər, Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar Epşteyn ilə onun uzunmüddətli əməkdaşı, hazırda insan alverinə görə 20 il həbs cəzası çəkən Qisleyn Maksuell arasında yazışmaları da daxil olmaqla üç elektron məktub mübadiləsini dərc ediblər.
Onlar, həmçinin Tramp haqqında bir neçə kitab yazmış müəllif Maykl Volfla Epşteyn arasındakı məktublaşmaları da açıqlayıblar.
Bundan bir neçə saat sonra Respublikaçılar, Demokratların sənədləri “seçmə şəkildə paylaşmaqla” Trampı ləkələməyə çalışdıqlarını iddia edərək, cavab olaraq böyük həcmdə sənədləri ictimaiyyətə təqdim ediblər. Onlar bunun “Prezident Trampa böhtan atmaq üçün saxta bir hekayə yaratmaq cəhdi” olduğunu bildiriblər.
BBC
Səadət Əlizadə