00:00:00
Yazar
Admin User
23.09.2025 16:21 68 1 dəq oxuma
Dünya

Trampın çətin anları

Trampın çətin anları

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən ABŞ Prezidenti Donald Trampın prompteri sıradan çıxıb. Tramp bildirib: “Prompter hazırda işləmir və bu, mənim üçün o qədər də böyük problem deyil. Yalnız bircə şeyi deyim, bu prompteri idarə edən şəxs həqiqətən böyük bəlaya düşdü”,– deyərək çıxışına davam edib.

 

Çıxış etmək üçün tribunaya gələn ABŞ Prezidenti Donald Trampın prompteri işləməyib. “Bu çıxışı promptersiz edirəm”,- deyən Tramp əlavə edib: “Prompter hazırda işləmir və bu, mənim üçün böyük bir çətinlik deyil. Burada sizinlə birlikdə olduğum üçün çox xoşbəxtəm. Yalnız bircə şeyi deyim, bu prompteri idarə edən şəxs doğrudan da böyük bəlaya düşüb. Bəli, dostum, başın bəladadır".

 

BMT Baş katibi Antonio Quterreş bildirib ki, heç nə Hamasın 7 oktyabr hücumlarını və ardınca Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasını, Qəzzanın sistematik olaraq məhv edilməsini haqlı göstərə bilməz. O, dərhal daimi atəşkəsə və Yaxın Şərqdə davamlı sülh üçün iki dövlətli həll yolundan imtina edilməməsinə çağırıb.

 

Quterreş insan hüquqlarının sülhün bəzəyi deyil, əsası olduğunu vurğulayaraq bildirib ki, insan hüquqları ümumbəşəri, bölünməz və bir-birindən asılıdır və onların həyata keçirilməsi üçün siyasi iradə tələb olunub.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər