Trampın İrana mesajı: Biz buna icazə verməyəcəyik
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqları ilə bağlı sərt mesajlar verərək, Tehranın uranın zənginləşdirilməsi fəaliyyətlərinə mümkün razılaşmanın bir hissəsi kimi qətiyyən icazə verilməyəcəyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə ABŞ və İran arasında nüvə danışıqları prosesi ilə bağlı açıqlama verib. İranın uranın zənginləşdirilməsi proqramının əvvəlki administrasiyalar tərəfindən “çoxdan dayandırılmalı idi” deyən Tramp, “Mümkün razılaşmamız çərçivəsində uranın zənginləşdirilməsinə icazə verməyəcəyik”-deyib.
İran və ABŞ arasında nüvə danışıqları davam edərkən, Tehranın uranın zənginləşdirilməsi iki ölkə arasında əsas dayanıqlı nöqtə olaraq qalır.
İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların götürülməsini istəyir ki, bu da onun atom bombası istehsalının qarşısını alsın.
Əvvəllər Tehranın aşağı səviyyədə uranın zənginləşdirilməsini qəbul edəcəklərini bildirən ABŞ rəsmiləri bu yaxınlarda İrandan bütün səviyyələrdə uranın zənginləşdirilməsini dayandırmasını tələb etdiklərini bildiriblər.
Tərəflər indiyədək Omanın vasitəçiliyi ilə beş raund danışıqlar aparıb. Danışıqların növbəti raundunun yeri və vaxtı hələ müəyyən edilməyib.
CNN Türk
Əminə Əliyeva