00:00:00
Yazar
Zəhra Həsənova
15.10.2026 19:52 38 2 dəq oxuma
Siyasət

“Trampın Kanada ilə bağlı bəyanatları siyasi və iqtisadi təzyiq məqsədi daşıyır” - ŞƏRH

“Trampın Kanada ilə bağlı bəyanatları siyasi və iqtisadi təzyiq məqsədi daşıyır” - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə Birləşmiş Ştatların 51-ci ştatına çevriləcəyini bildirib.
 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Kanadanın gələcəkdə Birləşmiş Ştatların 51-ci ştatına çevrilə biləcəyi ilə bağlı bəyanatları rəsmi Ottavaya iqtisadi və psixoloji təzyiq göstərmək, eləcə də ABŞ-nin iqtisadi üstünlüyünü nümayiş etdirmək məqsədi daşıyır.

 

Politoloqun sözlərinə görə, Trampın bu cür bəyanatları ABŞ ilə Kanada arasında ticarət münaqişələri fonunda səsləndirilir və Kanada hökumətini müəyyən güzəştlərə məcbur etmək məqsədi daşıya bilər.

 

O qeyd edib ki, süd məhsulları, polad, alüminium və avtomobil sənayesi sahələrində mövcud olan tarif mübahisələri iki ölkə arasında iqtisadi gərginliyi artırır. Trampın Kanadanın ABŞ-yə birləşməsi ilə bağlı fikirləri isə həm də ölkə daxilində ictimai rəyə təsir göstərmək və seçicilər qarşısında “Öncə Amerika” siyasətini ön plana çıxarmaq məqsədinə xidmət edir.

 

Politoliqun fikrincə, Tramp bu ritorika vasitəsilə ABŞ-nin Kanada üzərində iqtisadi və siyasi üstünlüyünü qabartmağa, eyni zamanda Vaşinqtonun xarici siyasətində milli maraqlara əsaslanan daha sərt yanaşmanı nümayiş etdirməyə çalışır.

 

O vurğulayıb ki, bu bəyanatlar ABŞ-nin Kanada ilə münasibətlərində ənənəvi müttəfiqlik prinsiplərinin arxa plana keçməsi və iqtisadi maraqların daha çox ön plana çıxması baxımından diqqət çəkir.

 

Politoloqun qənaətinə görə, Trampın yanaşması ABŞ-nin xarici siyasətində müttəfiqlik münasibətlərinin belə iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə oluna biləcəyini göstərir. Onun fikrincə, təhlükəsizlik məsələlərinin iqtisadi şərtlərlə əlaqələndirilməsi də Vaşinqtonun müttəfiqləri ilə münasibətlərində daha çox sövdələşməyə əsaslanan siyasət yürütdüyünü nümayiş etdirir.

 

Politoloq əlavə edib ki, Kanadanın suverenliyi ilə bağlı bu cür bəyanatlar iki ölkə arasındakı münasibətlərdə gərginliyi artırmaqla yanaşı, tarixi müttəfiqlik əlaqələrinə də mənfi təsir göstərə bilər.

 

Ada Hacızadə

#xəbər #bəyanatları #siyasi #gündəm #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər