Trampın keçmiş vəkilinin Virciniyada istintaqa rəhbər təyin olunması
ABŞ-nin keçmiş Prezidenti Donald Trampın keçmiş vəkili, tanınmış hüquqşünas Virciniya ştatında aparılan mühüm istintaqa rəhbər təyin olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Sədrəddin Eyvazlı bildirib ki, bu dəyişiklik Trampın prezidentlik dövrünün birinci komandası ilə bağlıdır:
“Bu dəfəki təyinatın arxasında ötən prezident seçkiləri ilə əlaqəli vəziyyət durur. Keçmiş vəkil, Trampın siyasi strategiyasına uyğun olaraq, hazırkı istintaqa rəhbərlik edəcək. Qeyd etmək lazımdır ki, hüquqi müstəvidə bəzi demokrat siyasətçilər, o cümlədən PemBonde haqqında cinayət işləri qaldırılmışdı və onlar bu təyinatı kəskin tənqid edirdilər. Tramp isə BemBondeni ağıllı və etibarlı şəxs kimi qiymətləndirərək, praktiki olaraq komandasını möhkəmləndirmək məqsədi güdür. Bu addım, həm Trampın siyasi təsir dairəsini genişləndirmək, həm də partiyanın hüquqi strategiyasını gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Virciniyada aparılan istintaqın nəticələri ABŞ siyasətinə və gələcək prezident seçkilərinə təsir edə bilər. Trampın keçmiş vəkilinin rəhbərliyi altında aparılacaq işlər, həm partiya daxilində, həm də ölkə səviyyəsində siyasi balansı dəyişdirə bilər. Təyinatın hüquqi tərəfi də diqqət mərkəzindədir. Keçmiş vəkilin rəhbərliyi istintaqın gedişatına təsir göstərə, eyni zamanda siyasi təzyiqlərlə bağlı vəziyyəti də yeni mərhələyə daşıya bilər. Trampın keçmiş vəkilinin Virciniyada istintaqa rəhbər təyin olunması həm hüquqi, həm də siyasi baxımdan ABŞ-da geniş müzakirələr doğurub və ölkənin gələcək siyasi mənzərəsinə ciddi təsir göstərə bilər”.
Fatimə Hüseynli
