Trampın Kiyevə dəstəyi arxasında Avropaya məsuliyyəti ötürmək niyyəti görünür
ABŞ Prezidenti Donald Trampın Ukraynanın bütün ərazilərini Rusiyadan geri almasını dəstəkləyən açıqlamaları həm rahatlıq, həm də şübhə ilə qarşılanıb. Trampın bu bəyanatı, onun əvvəlki mövqeyindən, Ukraynanı ərazilərindən imtina etməyə çağırmasından və ötən ay Alyaskada Vladimir Putini isti qarşılamasından kəskin dönüş kimi qiymətləndirilir.
Bununla belə, Trampın sözlərinin ABŞ siyasətində real dəyişikliyə çevrilib çevrilməyəcəyi hələ aydın deyil. Bu isə Vaşinqtonun rolunun azalması fonunda Ukraynanın hərbi və maliyyə ehtiyaclarını daha çox Avropanın qarşılamaq məcburiyyətində qala biləcəyi ehtimalını gücləndirir.
RUSI-nin Beynəlxalq Təhlükəsizlik direktoru Neil Melvin:
“İnsanlar ümidlənirlər, çünki bu, Trampın münaqişəni daha yaxşı anladığını göstərir. O, Putindən açıq-aşkar narazıdır və bu, Ukrayna və Avropa diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər”.
Bununla belə, ekspertin sözlərinə görə, Tramp münaqişə ətrafında strateji qeyri-müəyyənliyi qoruyur, Ukraynanı ruhlandırır, amma ABŞ-nin birbaşa dəstəyini vəd etmir. “O, məsələni ABŞ-nin liderliyindən uzaqlaşdırır və daim məsuliyyəti Avropanın üzərinə qoyur”, – Melvin əlavə edib.
Reuters
Sura Əliyeva