00:00:00
Yazar
Admin User
07.08.2025 15:54 260 2 dəq oxuma
Dünya

Trampın komandası Putin-Zelenski görüşü üçün təcili hazırlıqlara başlayıb

Trampın komandası Putin-Zelenski görüşü üçün təcili hazırlıqlara başlayıb

ABŞ Prezidenti Donald Tramp komandasına Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərini ən qısa müddətdə təşkil etməyi tapşırıb.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın komandasının Zelenski və Putin görüşünü təşkil etmə cəhdlərinin baş tutacağına güman azdır:

 

"Bir qədər əvvəl təxmini belə bir ehtimal edilən görüş Türkiyədə baş tutmalı idi. Lakin danışıqlar ləngidi və Rusiya tərəfi bundan çəkindi. Görüşün baş tutana kimi lazım olan qədər diplomatik münasibətlər və hazırlıqlar aparılmayıb. ABŞ-nin Prezidenti demək olar ki, bütün məsələləri belə tələsik, dərin düşünmədən, sanki iki şirkət rəhbərinin biznes planlarını müzakirə etmək üçün görüşü kimi xarakterizə edir. Əvvəla belə bir görüşün baş tutacağına az ehtimal var. Digər tərəfdən də baş tutsa belə müsbət nəsə əldə ediləcəyini güman etmirəm. Bu görüşün təcili baş tutmasına cəhdlər sadəcə ABŞ-nin Prezidentinin şəxsi xarakteri ilə bağlıdır.

Əgər bu cür liderlərin görüşü nəzərdə tutulursa burada yazıqlıqlar olmalı, maneələr aradan qaldırılmalıdır. Aşağı ranqlı rəsmilərin razılığa gəldiyi, yalnız liderlərin şəxsən danışmalı olduğu mövzular açıq qaldıqda bu halda mümkündür. ABŞ-nin əsasən maraqları biznes və maddi maraqlardır. Ticarət, iqtisadiyyat, gömrük və bu yöndə daha çox gəlir əldə etmək və ən az sərfiyyat nəzərdə tutur. Ukrayna müharibəsinin uzanması ABŞ-yə maddi zərər vurur. Eyni zamanda siyasi nüfuzuna da xələl gətirir. Habelə Tramp administrasiyası hətta Rusiyanın özü ilə aktiv əlaqələr qurmağa hazırdır. Donald Trampı yalnız xərclərin azalması və gəlirlərin artması düşündürür. Bunun üçün də Ukrayna-Rusiya arasında vasitəçilik etmək istəyir".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər