00:00:00
Yazar
Admin User
31.10.2025 17:00 121 2 dəq oxuma
Dünya

Trampın nüvə silahı sınaqları keçirmək əmrinə reaksiya verirlər

Trampın nüvə silahı sınaqları keçirmək əmrinə reaksiya verirlər

 

ABŞ Demokrat senatorları Prezident Donald Trampın nüvə silahı sınaqlarına başlamaq əmrini tənqid ediblər. Senatorlar Jeanne Shaheen, Jacky Rosen və Mark Kelly, Trampın Pentaqona nüvə silahı sınaqlarına "dərhal" başlamağı əmr etdiyini açıqladıqdan sonra qərarı tənqid ediblər. Senatın Xarici Əlaqələr Komitəsi yayımlanan açıqlamada Shaheen bu addımı "təhlükəli və ehtiyatsızlıq" adlandırıb.

 

Shaheen qeyd etdi ki, nüvə sınaqlarının bərpası ABŞ-nin 30 ildən çox davam edən nüvə silahı sınaqlarına qoyduğu moratoriumu birtərəfli şəkildə dayandıracaq. O, həmçinin qeyd edib ki, Rusiya və Çin 1992-ci ildən bəri nüvə silahı sınağı keçirməyiblər.


Dinləmədə çıxış edən Rosen, nüvə sınaq cəhdinin zəruriliyini dəstəkləyən heç bir dəlil olmadığını bildirib və Trampın "ehtiyatsız, məsuliyyətsiz və təhlükəli" bir addım atdığını iddia etib.Rozen, sınaq cəhdi baş verərsə, radiasiyanın təsirinin və nəticədə yaranan dağıntıların həm milli, həm də qlobal miqyasda hiss olunacağını vurğulayaraq dedi: "Şübhəsiz ki, bu, dağıdıcı və fəlakətli olardı. Buna görə də çox açıq olacağam. Bunun baş verməsinə icazə verməyəcəyəm".

 

Kelli, ABŞ-də yerləşən Meta şirkətinə məxsus İnstaqram platformasında paylaşdığı videoda bildirib ki, ABŞ nüvə silahlarını sınaqdan keçirərsə, Çin də eyni şeyi edə bilər. ABŞ-nin "digər ölkələrdən daha çox nüvə silahına sahib olduğunu" vurğulayan Tramp, bunun ilk müddətində edildiyini bildirib. Tramp ABŞ-nin silahlanma yarışında Rusiya və Çinə çatmaq üzrə olduğu barədə xəbərdarlıq edərək deyib: "Onun böyük dağıdıcı gücünə görə onu əldə etməkdən nifrət edirdim, amma başqa seçimim yox idi. Rusiya ikinci, Çin isə uzaqda olan üçüncü yerdədir, amma onlar beş ildən sonra bərabərləşəcəklər".

 

TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər