Trampın planına tezliklə cavab verəcəyik
HƏMAS ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs və məhbus mübadiləsi planına yaxın günlərdə cavab verəcəyini açıqlayıb.
Hərəkatın Siyasi Büro üzvü Məhəmməd Nezzal bildirib ki, planla bağlı Fələstin qrupları və vasitəçilərlə məsləhətləşmələr aparılır:
“Biz nə tam qəbul, nə də tam rədd mövqeyi tuturuq. Zamanın təzyiqi altında deyil, xalqımızın maraqları naminə qərar verəcəyik”.
Nezzal əlavə edib ki, HƏMAS-ın əsas məqsədi Qəzzada iki ildir davam edən qırğını dayandırmaqdır.
Qeyd edək ki, Trampın təqdim etdiyi 20 bəndlik plan müharibənin dərhal dayandırılmasını, İsrailin Qəzzadan mərhələli çıxmasını və məhbusların azad edilməsini nəzərdə tutur. İsrail Baş naziri Netanyahu da planı dəstəkləyib.
TRT XƏBƏR
Ləman Mahmudlu