00:00:00
Yazar
Admin User
26.09.2025 17:22 106 2 dəq oxuma
Siyasət

Trampın Rusiya ilə bağlı istəyi: Ərdoğan yerinə yetirəcəkmi?

Trampın Rusiya ilə bağlı istəyi: Ərdoğan yerinə yetirəcəkmi?

 

ABŞ və Türkiyə Prezidentəri Donald Trampla Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşünün jurnalistlər üçün açıq hissəsi normal keçib, qeyri-adi heç nə baş verməyib.

ABŞ Prezidenti Tramp Ağ Evdəki görüşlərində adətən qonaqlarını acılayır, nəzakət qaydalarından kənar ifadələr işlədir. Ağ Ev sahibi Ərdoğanla görüşdə son dərəcə diqqətli idi, hər fürsətdə Türkiyə Cümhurbaşqanını tərifləyir və onun siyasətindən məmnun qaldığını söyləyib.

 

Mövzu ilə əlaqədar Politoloq Züriyyə Qarayeva “İnformator.az”a olan açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ağ Evdəki görüşdə nümayiş etdirdiyi yumşaq mövqe diqqət çəkici siyasi mesajlar ehtiva edir:

 

“Trampın digər qonaqlarla görüşlərdə sərt tərzdə çıxış etməsi, hətta bəzən açıq tənqidlər söyləməsi fonunda Ərdoğana qarşı xüsusi diqqət və komplimentlərlə müşayiət olunan davranışı təsadüfi sayıla bilməz. Bu, bir tərəfdən ABŞ ictimaiyyətinə göstərmək məqsədi daşıyır ki, Tramp administrasiyası NATO daxilində Türkiyəni itirmək istəmir, əksinə Ankara ilə əməkdaşlığı önə çəkir. Eyni zamanda, bu yumşaq ritorika Trampın seçici bazasına da “diplomatiyada sərtliklə yanaşı çevikliyi” nümayiş etdirmək mesajıdır. Görüşün Türkiyənin NATO-dakı mövqeyinə təsiri də diqqətəlayiqdir. ABŞ-nin açıq dəstəyi Ankaranın alyans daxilində özünü daha rahat və güclü hiss etməsinə şərait yaradır. Xüsusilə Şərqi Aralıq dənizi və Yaxın Şərqdə Türkiyənin fəallığı fonunda Vaşinqtonun yumşaq ritorikası Ankara üçün siyasi manevr imkanlarını genişləndirir. Bu, Türkiyənin NATO daxilində öz mövqelərini gücləndirmək cəhdlərinə əlavə stimul verə bilər. 

Ərdoğanın Ağ Evdə xüsusi şəkildə təriflənməsi isə tam mənada yeni bir səhifə açılması anlamına gəlmir. Çünki ABŞ-Türkiyə münasibətləri uzun müddətdir həm əməkdaşlıq, həm də ziddiyyət elementlərini eyni anda özündə daşıyır. Burada daha çox diplomatik jest, siyasi balans yaratmaq və qarşı tərəfə etimad siqnalı vermək məqsədi güdülür. Lakin əgər bu ritorika ardıcıl praktiki addımlarla müşayiət olunsa, münasibətlərdə yeni mərhələdən danışmaq mümkündür. Hazırda isə bu, daha çox taktiki xarakter daşıyan bir jest kimi qiymətləndirilə bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər