00:00:00
Yazar
Zəhra Həsənova
09.04.2026 20:55 39 2 dəq oxuma
Siyasət

“Trampın rüsum təhdidləri: Səlahiyyət məhdudiyyəti və qlobal gərginlik riski”

“Trampın rüsum təhdidləri: Səlahiyyət məhdudiyyəti və qlobal gərginlik riski”

İranla aparılan atəşkəs və sanksiyaların yumşaldılması üzrə müzakirələr davam edir. Donald Tramp qeyd edib ki, ABŞ-nin irəli sürdüyü 15 maddəlik şərtlərin böyük hissəsi üzrə artıq razılıq əldə olunub.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında  bildirib ki, Əvvəlcə bu rüsum məsələsi bir qədər Trampın dediyi kimi deyil:


“Bilirik ki, ABŞ-də Ali Məhkəmə qərar verib ki, Prezidentin belə bir hüququ yoxdur və rüsumlarla bağlı atılan addımların böyük bir hissəsi aradan qaldırılıb. Düzdür, Tramp sonradan müəyyən addımlar yenidən atdı, lakin artıq o, istədiyi kimi xarici iqtisadi əlaqələrə təsir imkanlarına malik deyil. Federal məhkəmələrin qərarına əsasən, rüsum məsələləri əsasən Konqresin səlahiyyətindədir və prezident bu sahədə məhdud imkanlara malikdir. Odur ki, onun bu açıqlaması daha çox hədə-qorxu və psixoloji hücum kimi qiymətləndirilə bilər. Digər tərəfdən, atəşkəs müzakirə olunduğu bir vaxtda İrana silah verən ölkələri təhdid etmək sülh prosesinə qarşı mövqe kimi görünür. Burada əsasən Rusiya, Çin və Koreya nəzərdə tutulur və onlara qarşı mümkün sanksiyalar qlobal qarşıdurmanı dərinləşdirə bilər. Xüsusilə, atəşkəslə bağlı danışıqlarda Çinin rolunu nəzərə alsaq, Çinə qarşı addımların qarşılıqlı sanksiyalarla nəticələnəcəyi və gərginliyi artıracağı ehtimalı böyükdür. Bundan əlavə, Trampın İranın “10 maddəlik şərtlərinin zibil qutusuna atıldığı” ilə bağlı açıqlaması da danışıqların taleyini sual altına alır. ABŞ-nin 15 maddəlik şərtlərinə İranın münasibətinin mənfi olacağı demək olar ki, aydındır. Bu səbəbdən, emosional və sərt ritorika atəşkəsin reallaşmasını risk altına salır. Artıq faktiki olaraq atəşkəs rejiminin tam işləmədiyi, qarşılıqlı hücumların və gərginliyin davam etdiyi müşahidə olunur. Rüsum məsələsinə qayıdaraq qeyd etmək olar ki, ABŞ belə addımlar atsa, bu, dünya iqtisadiyyatında böhranlı vəziyyət yarada, ticarət əlaqələrini zəiflədə və bahalaşmaya səbəb ola bilər. Bu proses qlobal enerji bazarına da təsir göstərə bilər. Ümumilikdə isə, bu açıqlamaların reallaşma ehtimalı azdır və daha çox hədələmə ritorikası kimi qiymətləndirilə bilər”.

 

Selcan Xudiyeva

#riski” #azərbaycan #səlahiyyət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər