Trampın tarifləri dayandırmasından sonra Avropa bazarları yüksəlir
Donald Trampın ABŞ-nin yüksək tariflərindən təsirlənən ölkələr üçün 90 günlük fasilə elan etməsindən sonra Asiya və Avropanın maliyyə bazarları yüksəlib.
Universal 10% tarif dərəcəsi Çindən başqa bütün ölkələr üçün qüvvədə qalır - 25% dərəcəsi ABŞ-ə daxil olan bütün alüminium, polad və avtomobillər üçün də qüvvədədir. Pekin-Vaşinqton ticarət müharibəsi Trampın "hörmətsizlik" səbəbi ilə Çin mallarına rüsumları 125%-ə qaldırması ilə dərinləşir. Çinin bütün ABŞ idxalına tətbiq etdiyi 84% cavab tarifləri qüvvəyə minir, hökumət geri çəkilməyəcəyini təkrar edib.
BBC News
Asiman Vəliyeva