00:00:00
Yazar
Admin User
09.10.2025 16:50 113 1 dəq oxuma
Siyasət

Trampın Yaxın Şərqə səfəri gözlənilir

Trampın Yaxın Şərqə səfəri gözlənilir

ABŞ prezidenti Donald Tramp regiondakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar çərçivəsində bu həftəsonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb. Amerika lideri jurnalistlərə bildirib ki, səfər oktyabrın 11-i və ya 12-də baş tuta bilər.

 

Ağ Evdə çıxışı zamanı Tramp danışıqların “yaxşı getdiyini” vurğulayıb və Yaxın Şərqdə vəziyyətin sabitləşməsi üçün razılığın əldə olunması şansının yüksək olduğunu qeyd edib:

 

Yəqin ki, həftənin sonunda, ya da oktyabrın 12-də ora gedəcəm. Ola bilsin, şənbə axşamından bir az gec, bu, bizim cədvəlimizdən asılı olacaq”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Donald Trampın gözlənilən səfəri Misirdə keçirilən görüş nəticəsində əldə olunan razılaşmaların davamı kimi qiymətləndirilə bilər:

 

“Misirdə əsir və girovların azad olunması, eləcə də atəşkəs şərtlərinin yerinə yetirilməsi ilə bağlı ciddi danışıqlar aparılıb. Tramp bu məsələdə Misir, Qətər və Türkiyəyə təşəkkürünü ifadə edib. Regionda təhlükəsizlik arxitekturasının formalaşması və münaqişələrin nizamlanması istiqamətində atılan addımlar qlobal sülhə töhfə verə bilər. Trampın gözlənilən səfəri bu istiqamətdə aparılan danışıqların davamı kimi mühüm əhəmiyyət daşıyır və yeni siyasi istiqamətlərin müəyyənləşməsinə xidmət edə bilər”.

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər