00:00:00
Yazar
Admin User
01.08.2025 19:52 138 2 dəq oxuma
Dünya

Trampın yeni tarif qərarı: Türkiyə və 40-a yaxın ölkəyə tətbiq edilib

Trampın yeni tarif qərarı: Türkiyə və 40-a yaxın ölkəyə tətbiq edilib

Tramp Türkiyəyə və digər ölkələrə rüsumları təsdiqləyib. ABŞ prezidenti Donald Tramp Türkiyə də daxil olmaqla, kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15 %-lik minimum tariflər tətbiq edib. 

 

Mövzu ilə bağlı politoloq Oktay Qasımov "İnformator.az" açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə başladığı ilk gündən bəyan edib ki, Amerikanın ticarətində ədalətsizliklər mövcuddur:

 

"Amerikanın ticarət etdiyi ölkələrlə əlaqələri heç də yaxşı deyil. Tətbiq olunan tariflər heç də Amerikanın maraqlarına uyğun deyil. Bir çox ölkələr Amerikanın imkanlarından istifadə edir və ondan daha çox mal satır və daha çox mal alırlar və bu problemləri həll eləmək üçün tarifləri artıracağını o cümlədən Amerikanı yenidən dünyanın istehsal zonasına, fabrikinə çevrəcəyinə bəyan edib. Bu səbəbdən də dünyanın demək olar,  bütün ölkələrinə tariflər tətbiq edib. Bu tariflərlə bərabər eyni zamanda bəzi ölkələrdə də iqtisadi güzəştlər və investisiya yatırılması ilə bağlı razılıqlar əldə edib. Həm Yaponiya, Cənub Koreya körfəz ölkələri və digərləri o cümlədən Avropa İtiffaqı ilə sazişlər Amerikanın iqtisadiyyatına olduqca böyük məbləğlərdə vəsaitlərin yatırılaması ilə bağlı razılaşmalardı ki, bu Amerika üçün müəyyən imkanlar vəd edir. Eyni zamanda Donald Trampın bu davranışı əslində imperiyaldır. Güclünün zəifi təziq altında saxlamaq və öz maraqları üçün onun imkanlarından istifadə etmək kimidə dəyərləndirilə bilər. Bütün hallarda bu dünya iqtisadiyyatı üçün müəyyən problemlərə gətirəcəyi şübhəsizdir. Həm də Amerikanın özünün daxilində bu tariflərin tətbiq olunması, qiymətlərin yüksəlməsinə və artmasına səbəb ola bilər".

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər