00:00:00
Yazar
Admin User
20.09.2025 06:29 61 1 dəq oxuma
Dünya

Trampla görüş regional məsələlərin həllinə kömək edəcək

Trampla görüş regional məsələlərin həllinə kömək edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla keçiriləcək görüşün regiondakı münaqişələrin dayandırılmasına kömək edəcəyinə əmindir.

 

"İnformator.az" xəbər verir ki , bu barədə Türkiyə lideri sosial şəbəkələrdə yazıb.

 

"Əminəm ki, Prezident Trampla görüşümüz regionumuzdakı müharibə və münaqişələrin dayandırılmasına, həmçinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə kömək edəcək", - o qeyd edib.

 

Ərdoğan ABŞ Prezidentini hörmətli həmkar və dost adlandırıb. O əlavə edib ki, Ağ Evdəki görüşdə ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı məsələləri də müzakirə olunacaq.

 

Daha əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində sentyabrın 25-də Vaşinqtonda Ərdoğanla danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər