Tərlan Əhmədov: "Zirə"nin digər futbolçuları da həmin hoqqanı verəcəkdi
2025/2026 mövsümündə Azərbaycanın 4 klubundan 3-ü avrokuboklarda II təsnifat mərhələsini dəf etməyi bacarsa da, "Zirə" mübarizəni erkən dayandırmalı olub.
Halbuki bu komanda ötən mövsüm "Qarabağ"dan sonra ikinci ən yaxşı nəticəni göstərib, Konfrans Liqasında pley-off mərhələsinədək irəliləməyi bacarıb. 2024/2025 mövsümündə "qartallar" III təsnifat mərhələsində Xorvatiya "Osiyek"ini (1:1, 2:2) penaltilər seriyasında üstələməyi bacarmışdı - 2:1.
Bu dəfə isə Xorvatiyanın digər təmsilçisi "Hayduk" Bakıda və Splitdə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış matçın əlavə vaxtında vurduğu qolla "Zirə"nin irəliləməsinə imkan verməyib.
Bu dəfə isə Xorvatiyanın digər təmsilçisi "Hayduk" Bakıda və Splitdə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış matçın əlavə vaxtında vurduğu qolla "Zirə"nin irəliləməsinə imkan verməyib.
Ev oyununda "Zirə"nin qolunun müəllifi Brahim Konate zədələnib. Səfər qarşılaşmasına o və viza ala bilməyən Anje Mutsinzi yollana bilməyib.