Trump administrasiyasında ABŞ Donanmasının katibi istefa verib
ABŞ Müdafiə Nazirliyi ABŞ Donanmasının katibi Con Felanın vəzifəsindən ayrıldığını açıqlayıb. Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, qərar dərhal qüvvəyə minib.
Felanın istefasının səbəbi açıqlanmayıb. ABŞ-da Donanma katibi dəniz qüvvələrinin ən yüksək mülki rəhbəridir və büdcə, modernləşmə və uzunmüddətli strategiyalarla bağlı əsas siyasi qərarları verir.
Con Felanın vəzifədən getməsi ABŞ və İran arasında Hörmüz Boğazı ətrafında gərginliyin davam etdiyi bir dövrə təsadüf edir. Son aylarda ABŞ müdafiə sistemində bir sıra yüksək vəzifəli hərbi şəxslər də vəzifədən uzaqlaşdırılıb.
Felanın yerinə müvəqqəti olaraq Hung Cao təyin olunub. ABŞ rəhbərliyi isə İran limanlarına dəniz blokadasının davam etdirilməsini müsbət qiymətləndirdiklərini açıqlayıblar.
BBC News
Mələk Hüseynova