00:00:00
Yazar
Admin User
09.09.2025 09:50 124 2 dəq oxuma
Siyasət

Trump Həmas'a son xəbərdarlığını edib

Trump Həmas'a son xəbərdarlığını edib

ABŞ Prezidenti Trump Həması atəşkəs planını qəbul etməyə çağırıb, bunun “son xəbərdarlıq” olduğunu deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov "İnfotmator.az"a bildirib ki, Həmas sülh təklifini qəbul etməsə, qərarının ağır nəticələrinə məruz qalacaq:

 

"Donald Trumpın təklif etdiyi sülh planı bir neçə əsas məqamı əhatə edir. İlk növbədə, girovların dərhal azad edilməsi planın əsas şərtlərindəndir. Plan çərçivəsində İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatların dayandırılması və ordunun bölgədən çıxarılması da vacib məqamlardandır. Bunun ardınca isə sülh danışıqlarına başlamağı təklif olunur. Bu təklif reallığa uyğun və icra edilə biləndir. Həmas bu danışıqları rəsmi olaraq inkar etsə də, vasitəçilər Trumpın planının onlara təqdim olunduğunu bildirirlər. Bu isə onu göstərir ki, müzakirələr gedir və Həmas vəziyyətin mürəkkəbliyini anlayır. Eyni zamanda, İsrailin də bu planı nəzərdən keçirəcəyi və müəyyən razılaşmalara açıq olacağı gözlənilir. Həmas bu fürsətdən düzgün istifadə edərsə, bu plan sülhə gətirib çıxara bilər. İsrailin təklifə açıq yanaşması bölgədə sülh üçün real ümidin olduğunu göstərir. Həmas isə ABŞ ilə münasibətləri daha da gərginləşdirməməyə çalışmalıdır. Əgər razılaşma baş tutmasa, ABŞ İsrailə hərbi və maliyyə dəstəyini artıracaq, Qəzzada Həmasın tam zərərsizləşdirilməsinə yönələn hərbi əməliyyatlar davam etdiriləcək. Bu prosesə ABŞ də daha aktiv şəkildə qoşula bilər ki, bu da bölgədə gərginliyi daha da artıracaq".


Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər