Trump Xi, Putin və Kim-i ittiham edib
ABŞ Prezidenti Donald Trump Çin lideri Si Cinpini Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In ilə birlikdə ABŞ-yə qarşı gizli plan qurmaqda ittiham edib.
Trump-ın bu açıqlaması çərşənbə günü Pekində keçirilən Çinin ən böyük Qələbə Günü hərbi paradı zamanı gəlib. Paradda Çin öz hərbi gücünü nümayiş etdirib, 80 il əvvəl Yaponiyanın təslim olması və Çinin işğaldan qurtuluşunun ildönümü qeyd olunub. Tədbirdə 26 ölkə rəhbəri iştirak edib, o cümlədən Putin və Kim də Xi Jinpinin yanında olub. Müşahidəçilər bunu Qərbə qarşı bir mesaj kimi qiymətləndiriblər.
Trump sosial mediada paylaşımında ironiya ilə yazıb:
“Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın, ABŞ-yə qarşı sövdələşmələr apararkən". O həmçinin İkinci Dünya Müharibəsi zamanı ABŞ-nin Çinə verdiyi dəstəyə toxunaraq bildirib: “Çinin Qələbə və Şərəf yolunda çoxlu amerikalı həlak oldu. Ümid edirəm ki, onların igidliyi və qurbanı haqlı olaraq yad ediləcək".
Bbc news
Ayşə Müzəfərli