00:00:00
Yazar
Admin User
30.07.2025 15:11 90 1 dəq oxuma
Dünya

Tsunami dalğaları iki ölkəyə çatıb!

Tsunami dalğaları iki ölkəyə çatıb!

Rusiyanın Kamçatka Yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələdən sonra ilk tsunami dalğaları Kamçatka və Yaponiya sahillərinə çatıb. Regionlardan əhali təxliyə olunarkən, Rusiyanın Severo-Kurilsk şəhərinin bir hissəsi tsunami səbəbilə su altında qalıb.

 

Kamçatka Tsunami Müşahidə və Tövsiyə Mərkəzinin Severo-Kurilsk bölgəsindəki Paramuşir və Şumşu adalarına yaxınlaşan dalğa barədə xəbərdarlıq etdiyi bildirilib. Açıqlamada qeyd olunub: "Tsunami dalğası Severo-Kurilsk liman şəhərini və Alaid adlı balıqçılıq müəssisəsini qismən su altında qoyub. Əhali təxliyə edildi". Həmçinin vəziyyətin nəzarət altında olduğu vurğulanıb və bütün işçilərin fəaliyyətini davam etdirdiyi bildirilib.

 

Digər tərəfdən, Saxalin vilayəti rəsmilərinin Severo-Kurilskdə baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər olduğu qeyd olunub.

 

İlk tsunami dalğaları Yaponiya sahillərinə də çatıb. Hokkaydo sahillərini 3–4 metr hündürlüyündə dalğalar vurub. Rəsmilər davam edən risklərlə bağlı xəbərdarlıq edərək vətəndaşlara sahil bölgələrindən təxliyə olunmaları üçün çağırış ediblər.

 

Yaponiya fövqəladə vəziyyət xəbərdarlığı edib. Hökumət sahil ərazilərdə yaşayan əhali üçün təxliyə əmri verib. Xəbərdarlıqdan sonra insanlar hündür binaların damlarına çıxmağa başlayıb. 11 mart 2011-ci ildə baş vermiş 9,0 bal gücündə zəlzələ zamanı zərər görən və nüvə sızması baş verən Fukuşima Nüvə Stansiyası da təxliyə olunmağa başlayıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər