Tunis Fransaya nota verib
Tunis,Fransanın cənubundakı Marsel şəhərində bir vətəndaşı Fansa polisinin öldürməsi ilə bağlı Paris hökumətinə etiraz notası təqdim edib.
Tunis Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki,tunisli vətəndaş Abdelkader Dhibi 2 sentyabrda Marseldə polis öldürüb.
Açıqlamada qeyd olunub ki,Prezident Kays Saidin tapşırığı ilə Fransanın Tunisdəki səfirliyinin işlər üzrə müvəqqəti vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona güclü etiraz çatdırılıb.
Nazirliyin açıqlamasında vurğulanıb ki, fransalı diplomatdan “Tunisin hadisəni haqsız bir qətl kimi gördüyünü və Fransa hakimiyyətindən istintaqın sürətli və qətiyyətli aparılmasını gözlədiyini” rəsmi orqanlara çatdırması tələb olunub.
Hadisənin təfərrüatlarına dair rəsmi məlumat verilməsə də, Fransız mediasının xəbərinə görə, 2 sentyabrda Dhibi Marselin mərkəzində 5 nəfəri bıçaqladığı iddiası ilə polis tərəfindən öldürülüb.
Xəbərlərdə qeyd olunub ki, Fransada qanuni şəkildə yaşayan tunisli gənc əvvəlcə bir bazarda bəzi şəxslərlə mübahisə edib, daha sonra gənclər təqib edib və köhnə liman bölgəsində polis güllələyib.
Fransa Baş Prokurorluğu hadisə ilə bağlı “qəsdən adam öldürməyə cəhd” və “polis əməkdaşını qəsdən öldürməyə cəhd” ittihamları ilə istintaqa başlanıldığını, polis müdaxiləsi ilə bağlı dosyanın isə Daxili İşlər Nazirliyinə göndərildiyini açıqlayıb.
TRT XƏBƏR
Eslanda Kulieva