“Turan Tovuz” fərqi azaldır
Misli Premyer Liqasında 30-cu tur davam edir.
“İnformator.az” xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub.
Bu gün saat 19:30-da “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək.
Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 3-dür. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında “Qarabağ” qalib gəlib.
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz”;
Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 10. Abdullah Zubir 18. Dani Bolt 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 41. Sergey Samok 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 5. Roderik Miller 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
***
Matç başladı.