00:00:00
Yazar
Aysel Mirzəyeva
01.04.2026 21:29 16 1 dəq oxuma
Siyasət

Türk Dünyasında inteqrasiya sürətlənir

Türk Dünyasında inteqrasiya sürətlənir

Adılbek Kasımaliyev - Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri aprelin 1–2-də Azərbaycana işgüzar səfər edəcək.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Qırğızıstan Nazirlər Kabinetinin rəhbərinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır:

 

“Qırğızıstanla kifayət qədər yüksək səviyyəli münasibətlərimiz var. Son illər iki ölkə arasındakı əlaqələr xüsusilə intensiv xarakter alıb və yüksələn xətt üzrə inkişaf edir. Birgə investisiya fondları yaradılıb, bir sıra ortaq layihələr həyata keçirilir. Qırğızıstan dövləti işğaldan azad olunmuş ərazilərdə, konkret olaraq Ağdam şəhərində məktəb binasının inşasını həyata keçirir. Eyni zamanda, ticarət dövriyyəsi əvvəlki dövrlərlə müqayisədə daha sürətlə artır. Bu münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır. Azərbaycan və Qırğızıstan eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində də tərəfdaşdır. Bu baxımdan səfər həm ikitərəfli münasibətlərin, həm də təşkilat daxilində əməkdaşlığın inkişafı baxımından vacibdir. Hazırda dünyada mürəkkəb proseslər gedir. Regionumuzda və Orta Asiyaya qonşu ərazilərdə genişmiqyaslı müharibə davam edir. Bu şəraitdə qarşılıqlı əlaqələrin intensivləşdirilməsi təbii qarşılanmalıdır. Şübhəsiz ki, bu səfər həm ikitərəfli münasibətlərə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə müsbət təsir göstərəcək. Görüş zamanı müzakirə olunacaq məsələlər münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bu isə həm iki ölkə arasında əlaqələrin, həm də Türk dünyasında inteqrasiyanın güclənməsi deməkdir”.


Günel Əlili

#yeni #inteqrasiya #gündəm #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər