00:00:00
Yazar
Aysel Mirzəyeva
10.04.2026 18:06 69 2 dəq oxuma
Siyasət

Türk Dünyasında yeni sətr: təhlükəsizlik coğrafiyası genişlənir

Türk Dünyasında yeni sətr: təhlükəsizlik coğrafiyası genişlənir

Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.

 

Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan arasında olan müttəfiqliyin nə qədər strateji əhəmiyyət daşıdığı hər iki ölkənin bu müttəfiqliyə verdiyi önəmdən aydın görünür:

 

“Bu gün regionumuzda baş verən mürəkkəb tarixi, hərbi və siyasi hadisələr kontekstində iki qardaş ölkə arasında müttəfiqliyin hər iki ölkə və onların təhlükəsizliyi üçün nə qədər əhəmiyyətli olduğu bir daha görünür. Təhlükəsizlik sətrinin genişlənməsi və daha böyük coğrafiyanı əhatə etməsi təhlükəsizlik təminatının daha da güclənməsi deməkdir. Bu mənada Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbul edilən Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrin dərinləşməsi təhlükəsizlik təminatımızı daha da möhkəmləndirir”.

 

Həmçinin deputat qeyd edib ki, Şuşa Bəyannaməsindən sonra Türkiyə və Azərbaycan təhlükəsizlik kontekstində ortaq və sinxron davranmaqla bağlı öhdəlik götürüblər:

 

“Belə olan halda qardaş Türkiyənin və Azərbaycanın təhlükəsizliyi elə Ağ dənizdən və oradakı adalardan başlayır. Bu kontekstdə Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın əlaqələri mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, münasibətlərin daha da dərinləşməsi və ‘üç dövlət, bir millət’ ifadəsinin real məzmun kəsb etməsi üçün parlamentlərarası diplomatiyaya böyük ehtiyac var. İctimai fikrin hər üç ölkənin siyasi şüurunda bu prinsip əsasında konsolidasiya olunması vacibdir və parlamentlərarası diplomatiya da məhz buna xidmət edir”.

 

Günel Əlili

#dünyasında #genişlənir #baki #sətr:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər