00:00:00
Yazar
Zəhra Həsənova
20.05.2026 20:38 61 2 dəq oxuma
Siyasət

Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır

Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır

 

Türkiyə Bakı Davamlılıq Koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır.


Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,bu təşəbbüs Bakının beynəlxalq nüfuzunu daha da artıracaq:

 

“Hesab edirəm ki, qardaş Türkiyə vasitəsilə bu, bir daha qardaşlıq nümunəsinin göstərilməsidir. Türkiyə çalışır ki, Azərbaycanın dünyada qazandığı imic daha da möhkəmlənsin. Bakı artıq dünyanın əsas strateji mərkəzlərindən birinə çevrilib və onlar bu prosesin davamlı olmasını istəyirlər. Məhz buna görə də bu platformanın Bakıda daimi fəaliyyət göstərən bir dialoq platformasına çevrilməsi ilə bağlı fikirlər irəli sürülür. Hesab edirəm ki, bu, çox alqışlanası təşəbbüsdür. Düşünürəm ki, bundan sonra da Türkiyə vasitəsilə bu tip açıqlamalar veriləcək. Çünki qardaş ölkə, qeyd etdiyim kimi, Bakının əsas strateji mərkəzlərdən birinə çevrilməsi prosesinin davam etməsində maraqlıdır. Təbii ki, bu da regional əməkdaşlığa böyük töhfələr verəcək. Regional əməkdaşlığın formalaşması baxımından Bakının belə bir iqlim dialoqu platformasına çevrilməsi olduqca mühüm rol oynayacaq. Bu baxımdan hesab edirəm ki, Bakı da uzadılan bu əməkdaşlıq əlini dəyərləndirməli və bu istiqamətdə üzərinə düşən işləri davam etdirməlidir. Beynəlxalq tərəfdaşlıq baxımından da bu, çox vacibdir. Eləcə də, gördüyümüz kimi, Bakı daimi mərkəzə çevrilərsə, bu, Azərbaycanın beynəlxalq nüfuzuna və xarici siyasətinə ciddi töhfələr verəcək. Hesab edirəm ki, Türkiyə vasitəsilə verilən tərəfdaşlıq dəstəyi gələcəkdə bu təşəbbüsün həyata keçməsinə birbaşa təsir göstərəcək”.

#tərəfdarıdır #iqlim #azərbaycan #türkiyə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər