Türkiyədə hantavirusla bağlı hələlik yoluxma aşkarlanmayıb
Dünya Səhiyyə Təşkilatının hantavirusun aşkarlandığı MV Hondius gəmisindən ayrılan sərnişinlər arasında Türkiyə vətəndaşlarının da olduğunu açıqlamasından sonra Türkiyə Səhiyyə Nazirliyi bəyanat yayıb.
Nazirlik mayın 8-də yaydığı açıqlamada vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
Açıqlamada qeyd olunub:
“Ölkəmizdə indiyədək hantavirusla bağlı təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb”.
Tedros Adhanom Ghebreyesus mayın 7-də bildirib ki, indiyədək 3-ü ölüm olmaqla 8 yoluxma halı qeydə alınıb. Bu hallardan 5-i təsdiqlənib, 3-ü isə şübhəli hesab olunur.
Ədilə Hüseynzadə