00:00:00
Yazar
Nərmin Həşimova
21.04.2026 20:50 22 2 dəq oxuma
Siyasət

Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktoru- Politoloqdan AÇIQLAMA

Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktoru- Politoloqdan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, uzun illik keçmiş Qarabağ münaqişəsi zamanı Türkiyə də Ermənistanla mənfi münasibətdə olub və Azərbaycana dəstək nümayiş etdirib:


“Eyni zamanda, gərginlik zamanı Ermənistan Türkiyəyə qarşı tələblər, sabiq Osmanlı dövlətinin guya ermənilərə qarşı etnik təmizləmə etdiyini irəli sürüb. Xristian kimliyi ermənilərin Avropada və ümumiyyətlə Şərq dünyasında qeyd-şərtsiz dəstəklənməsinə səbəb olub. Lakin Azərbaycanın qətiyyəti və dövlət başçısının dərin düşünülən müdrik siyasəti nəticəsində beynəlxalq müstəvidə güclü diplomatik səylər və ordunun gücü ilə torpaqlarımız azadlığa qovuşub, Ermənistan sülhə məcbur qalıb. Nəticə etibarilə, Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlərə, iddialardan əl çəkməyə məcbur olub”.


Politoloq qeyd edib ki, Azərbaycanın Ermənistan ilə sülh prosesinə qədəm qoyması, həmçinin Türkiyə ilə İrəvanın əlaqələrinə də müsbət təsir edəcək:


“İqtisadi, ticari, kommunikasiya və digər sahələrdə əlaqələr inkişaf edəcək. Lakin Türkiyə bütün addımlarını atarkən Ermənistanın Azərbaycana münasibətini nəzərə alır. Eyni zamanda, Azərbaycan öz siyasətində qardaş və dost ölkənin maraqlarını diqqətə alır.  Bütün hallarda Türkiyə, Azərbaycan və Ermənistan arasındakı əlaqələrin inkişafı həm bu ölkələrin xeyrinədir, həm də regionda sülhün təmini deməkdir. Bu münbit şəraitdə də digər ölkələrin sözügedən regionda azad və sərbəst investisiya yatırımına, birgə layihələrin icrasına təminat verir, şərait yaradır.  Bu sülhün, bu əminamanlığın həm Türkiyəyə, həm də Azərbaycana böyük faydası var. Eyni zamanda, Ermənistan üçün də yeni qapıların açılması deməkdir”.


Nurgün Qənizadə

#Azərbaycan #Türkiyə #Ermənistan #münasibətlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər