Türkiyə müharibənin tərəfi deyil
Təhlükəsizlik mənbələri Türkiyənin müharibənin tərəfi olmadığını və ölkənin münaqişəyə cəlb olunmamaq üçün ehtiyatlı mövqe tutduğunu vurğulayıb.
İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan ballistik sursat, Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Təhlükəsizlik mənbələrinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, son günlər bölgədə baş verən hadisələr qlobal və regional təhlükəsizlik balansının nə qədər həssas bir nöqtədə olduğunu bir daha göstərir.
TRT Haber
Səadət Əlizadə